L.Həmilton: Red Bull üstün idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Red Bull daha üstün olduğu üçün Amerikada qalib gəlib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa ikinci yerdən start versə də, ilk döngəyə qədər Ferstappeni qabaqlayaraq, liderliyə yüksəlib. Lakin komandası Həmiltonu pitə gec çağırdığı üçün Ferstappen yendiən liderliyi ələ alıb və yarışı qazanıb.

Lyuis Həmilton: “Maksı təbrik edirəm. Əla işlədi. Çox çətin yarış idi. Yaxşı start aldıq. Əlimizdən gələni etsək də, burada onlar daha üstün idilər. Bundan artığını edə bilməzdik. Komanda əla pit-stoplar etdi və buna görə onlara böyük təşəkkür düşür. Bu cür azarkeşlərin önündə yarışmaq böyük şərəfdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*