K.Horner: “Fettellə Həmiltonu bir komandada təsəvvür edə bilmirəm”

Keçən həftə Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko şirkət komandasının Lyuis Həmiltona marağının olmasını istisna etməmişdi. BBC telekanalına müsahibəsində […]

Keçən həftə Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko şirkət komandasının Lyuis Həmiltona marağının olmasını istisna etməmişdi. BBC telekanalına müsahibəsində vəziyyəti komandanın başçısı Kristian Horner şərh edib…

Kristian Horner: “Əgər Lyuis Red Bull-da çıxış eləmək istəsə, belə bir səviyyəli sürücünün istəyini diqqətsiz qoymaq olmaz, amma mənim bildiyimə görə, onun McLaren-lə uzunmüddətli müqaviləsi var və hələ bu komandada bir neçə il qalmalıdır.

Lyuis çox istedadlı sürücüdür, özü də McLaren-lə əməkdaşlıqdan razıdır, biz isə hazırkı sürücülərimizdən razıyıq. Fettel Red Bull-la müqavilə bağlayanda cəmi 12 yaşı var idi. Heç kim bilmir sonra necə olacaq – heç nəyi istisna eləmək olmaz, amma bu məsələdə hər iki tərəfin marağı vacibdir, yalnız bu halda arzu olunan nəticəyə nail olmaq olar.

Mən bir komandada Lyuis və Sebastyan səviyyəli sürücüləri təsəvvür edə bilmirəm – konflikt yaşana bilər, vaxtılə McLaren-də Lyuislə Fernando Alonso arasında olduğu kimi. Biz hazırda komandadakı vəziyyətdən razıyıq, baxaq görək sonra necə olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*