17 Noyabr 2019, Bazar - 10:54

K.Danner: “Sebastyanın titul şansları əladır”

K.Danner: “Sebastyanın titul şansları əladır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:42 - 21 Mart, 2011

Formula1-in keçmiş sürücüsü, hazırda isə RTL telekanalının ekspert və jurnalisti Kristian Danner hesab edir ki, Bu il Sebastyan Fettelin titulunu […]

Formula1-in keçmiş sürücüsü, hazırda isə RTL telekanalının ekspert və jurnalisti Kristian Danner hesab edir ki, Bu il Sebastyan Fettelin titulunu qorumaq şansları yüksəkdir…

Kristian Danner: “Sebastyanın əla şansı var ki, yenidən çempion olsun – bu il o daha rəqabətədavamlı olacaq. 2010-cu ildə Fettel çətin vəziyyətdə pressinqin öhdəsindən gələ bildi, indi o öz gücünə və təcrübəsinə inanır.

Mixael Şumaher? Düşünmürəm ki, o həlledici rol oynayacaq. Mercedes GP sürətli yeni maşın hazırlayıb, amma inamıram ki, onlar Red Bull və Ferrari ilə bərabər səviyyədə mübarizə aöpara biləcəklər. Bundan başqa Mixaelin rəqibi yenə də Niko Rosberq olacaq, Niko isə keçən il sürətli olmasını sübut etmişdi.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 258
Teqlər
Paylaş

logo