Kallenius: Mercedes F1-i tərk etməyi düşünmür

Daimler AG-nin direktorlar şurasının sədri və Mercedes-Benz Cars-ın rəhbəri Ola Kallenius bəyan edib ki, şirkət 2020-ci il mövsümündən sonra çempionatı tərk etmək niyyətində deyil.

F-1.az bildirir ki, Kallenius eyni zamanda fevral ayında Daimler direktorlar şurasında komandanın gələcəyinə dair müzakirələrin aparılacağını da təkzib edib: “Bu məlumat da həqiqətə uyğun deyil”.

Qeytd edək ki, dünən Autocar nəşri məlumat yaymışdı ki, fevralın 12-də konsernin İdarə Heyətinin iclası keçiriləcək, iclasda zavod komandasının 2020-ci ildən sonra çempionatda qalmağa davam etməsi və ya istefasını elan etməsi barədə qərar veriləcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*