K.Sayns: Gələnilki maşını sürmək çətin olacaq

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, növbəti mövsüm Ferrari ilə zirvədə olmaq istəyir.

F-1.az xatırladır ki, növbəti mövsümdən idmanda yeni texniki reqlament olacaq.

Karlos Sayns: “2022-ci il maşınının roket kimi getməsini, asan sürülməsini və zirvədə olmağımızı istəyirəm. Qalanı mənim məsuliyyətimdədir. Bütün maşınlara tez uyğunlaşıram. Simulyatorda üzərimdə işləyirəm. Bolidi simulyatorda yoxlamışam və sürüş tərzi çox fərqlidir. Onu sürmək çətin olacaq. Balans cəhətdən döngələrdə elə də rahat deyil.

Bu il Ferrari ilə zirvə uğrunda mübarizə aparmaq istəyirəm. İlk qələbəmi qazanmaq, titul uğrunda mübarizədə olmaq istəyərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*