K.Sayns: Ferrari-dən əvvəl McLaren-i düşünəcəm

McLaren komandasının sürücüsü Karlos Sayns qələbə və podium uğrunda mübarizə aparmaqçün səbirsizlənir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü gələn mövsümdən etibarən Ferrari-nin şərəfini qoruyacaq. Bu isə o deməkdir ki, gənc pilot McLaren ilə son mövsümünü keçirir.

Karlos Sayns: “Biri mənə Toro Rosso-da, Renault-da və McLaren-də yarışıb sonra Ferrari-yə transfer olunacağımı desə, buna inanmazdım. Formula1-də həmişə pis və ya yaxşı sürprizlər olur. Bunlara hazır olmalısınız. Üz-üzə danışıqlar aparmadan bu müqaviləni bağlamaq doğrudan da xüsusi idi. Atamla evdə oturub menecerimlə danışırdım və hər şey əla getdi.

McLaren-ə isə təşəkkür edirəm. Bazaya qayıdıb yenidən işə başlamaq istəyirəm. Elə bilirdim ki, ayrıldığımı desəm, məyus olacaqlar, ancaq mənə xoş mesajlar göndərdilər.

İnsanlar məni tezliklə qırmızı geyimdə yarışarkən görmək istəyirlər. Ancaq hazırda Ferrari-ni unudub, McLaren-dəki işimə fokuslanmalıyam. Çünki mənə qarşı həmişə yaxşı münasibət bəsləyiblər. Oradan ən yaxşı formada ayrılmaq əsas hədəfimdir. Hələ heç nə bitməyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*