Toro Rosso sürücüləri sıralanma turundan razıdırlar

Toro Rosso komandasının sürücüsü Maks Ferstappen bildirib ki, onlar sabahkı yarışda beşinci yeri qoruya bilərlər...

F-1.az xatırladır ki, Maks Ferstappen sıralanma turunda güclü təsir bağışlayıb və beşinci yeri tutub.

Hollandiyalı sürücü sıralanma turu barədə təəssüratlarını bildirib: “Keçən il də sıralanma dövrələrində çox güclü idik, amma yarışlarda gerilərə düşürdük. Benzinə qənaət etməli idik, mühərriyin gücü də yox idi. Amma bu il mühərrik yaxşı işləyir. Bu işimizi asanlaşdırır. Yarış bizim üçün yaxşı keçməlidir. Mən deyə bilmərəm ki, yarış pis olacaq.

Barselonadakı və bu gün səhərki ardıcıl dövrələrdən sonra deyə bilərəm ki, bolid yarış tempində güclüdür. Podiuma yaxınıq, amma bizə bunun üçün bəxt lazımdır. Mercedes AMG və Ferrari-ni məğlub etmək çətindir”.

Karlos Sayns da sıralanma dövrələri barədə təəssüratlarını bildirib: “Sabah yaxşı xallar qazanmaq üçün şansımız var. Bundan yararlanmalıyıq və bunun üçün şansımız var.

Orta qrupun önündə olmalıyıq. Barselona kimi traslarda biz Williams komandasını qabaqlaya bilərik. Bəzi sürətli traslarda isə onlar bizdən öndə ola bilərlər.

Orta qrupda gərgin mübarizə olacaq. Bizi Williams, Force İndia və Red Bull-la gərgin mübarizə gözləyir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*