K.Sayns: “Düzlüklərdə yavaş idim”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, sıralanma turunun ikinci sessiyasında mübarizəni dayandırdığı üçün məyusdur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü son cəhdində sıralanma turunun son sessiyasına qalmaq istəsə də, sarı bayraqlara görə bu mümkün olmayıb və nəticədə komanda yoldaşı Kvyatdan iki pillə geri qalaraq, 13-cü olub.

Karlos Sayns: “Sıralanma turundakı nəticəyə görə məyusam. 13-cülük istədiyim nəticə deyildi, amma artıq əlimizdən heç nə gəlmir. Lakin bolid çox güclü idi və sarı bayraqlar çıxmasaydı, onluğa düşə bilərdik, ancaq alınmadı. Hələ də xallar almaq üçün gözəl şansımız var.

Düzlüklərdə komanda yoldaşımdan geridə qaldım və bu fərqi anlamıram. Ümid edirəm ki, yarışa qədər hər şeyi düzəldərək, yüksək nəticə qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*