K.Rəykkönen: İdmandan həzz alıram

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Formula1-də yarışmaqdan həzz alır.

F-1.az xatırladır ki, 2007-ci ilin Dünya Çempionunun artıq 41 yaşı var. Əksəriyyət düşünürdü ki, o, 2020-ci il mövsümünün sonunda təqaüdə çıxacaq. Lakin finlandiyalı pilot daha 1 il yarışmağa qərar verib.

Kimi Rəykkönen: “Ən yaxşı komandalardan birində yarışsanız belə yarış qazanmağınıza təminat yoxdur. Hazırda idmanda bir komandanın hegemonluğu var və digər 18 maşının şansı çox azdır. Buna görə də az hallarda qalib gəlirsiniz. Lakin yenə də sürməkdən həzz alıram. Hələ də bolidi sürətləndirməyin yollarını bilirəm və buna görə də idmanda qalmaq istəyirəm. Əgər həzz almasaydım, idmandan gedərdim. Dünyanı gəzərək, vaxt itirmək istəmərəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*