K.Horner: “Rikkardo Ferstappenin böyük qardaşı kimidir”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Rikkardo Ferstappenin böyük qardaşı kimidir və aralarında olan hörmətə görə çox sevinclidir.

F-1.az xatırladır ki, Maks Ferstappen Rusiya yarışından sonra Red Bull komandasına transfer olunmuş və avstriyalıların heyətində ilk yarışı olan İspaniyada qalib gəlmişdi.

Rikkardo son müsahibəsində bildirmişdi ki, Ferstappenlə aralarındakı rəqabət hər ikisinin də inkişafına kömək edib.

Kristian Horner: “Hörmət hər şeydən vacibdir. Biz sürücülərimizə “gedin bir yerdə yemək yeyin” demirik. Sadəcə onlardan bir-birinə hörmət etmələrini istəyirik. İki sürücümüz də mövsüm ərzində bir-birinə hörmət etdilər və komandanın inkişafına kömək etdilər.

Sərbəst yürüşlərdə və sıralanma turunda ikisi də eyni şeyləri deyirlər. Boliddən gözləntiləri və sazlanmaları bir-birinə çox bənzəyir. Buna görə də komanda daxilindəki məlumat paylaşımı müsbət yöndə olur.

İki sürücümüzdən hər hansı birinin daha yaxşı olduğunu düşünmürəm. Çox keyfiyyətli sürücülərdir və bir-birinə kömək edirlər. Daniel təcrübəsi hesabına daha sakit qala bilir və buna görə də daha stabil olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*