G.Berger: “Fettel Şumaxerin rekordlarını vurmağa hazırlaşır”

Mövsümöncəsi testlərdə Red Bull maşınları elə də sürətli görünməsələr də, ekspertlər RB9-un trasda inamlı təsir bağışlamasını diqqətdən qaçırmayıblar. Keçmiş Formula1 […]

Mövsümöncəsi testlərdə Red Bull maşınları elə də sürətli görünməsələr də, ekspertlər RB9-un trasda inamlı təsir bağışlamasını diqqətdən qaçırmayıblar. Keçmiş Formula1 sürücüsü Gerhard Berger əmindir ki, Melburnda Sebastyan Fettel yenə də ən güclü olacaq…

Gerhard Berger: “Red Bull komandasının testlərdə üzləşdiyi problemlər əsasən təkərlərlə bağlı idi. Mən hesab edirəm ki, bu komanda yenə də irəlidə olacaq, axı RB9 keçənilki maşının təkamülüdür. Komandada isə Ədrian Nyui kimi mühəndis, Sebastyan Fettel kimi sürücü və Kristian Horner kimi başçı çalışır. Ona görə də Red Bull hamıdan öndə olacaq.

Sebastyan öz gücünə əmindir və özü öz qarşısına məqsədlər qoyur. Fettel üçün bir şey vacibdir: onun əlinin altında sürətli maşın olmalıdır. Şübhə etmirəm ki, indi Fettel Mixael Şumaxerin rekordlarını vurmağa hazırlaşır.”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*