Albert Parkda tribunaya S.Fettelin adı verilib

Avstraliya Qran Prisinin təşkilatçıları bildiriblər ki, mövsümün ilk yarışına böyük tamaşaçı marağı var. Tələbatı ödəmək məqsədilə Albert Parkda əlavə tribunanın […]

Avstraliya Qran Prisinin təşkilatçıları bildiriblər ki, mövsümün ilk yarışına böyük tamaşaçı marağı var. Tələbatı ödəmək məqsədilə Albert Parkda əlavə tribunanın tikilməsi qərarı qəbul olunub – yeni tribunadan trasın 3-cü, 4-cü və 5-ci döngələri əla görünəcək, yeni tribunaya üçqat dünya çempionu Sebastyan Fettelin adı verilib.

Ron Uoker, mərhələnin promouteri: “Heç bir yarış Melburnda olduğu kimi təşkil olunmur və bu il də istisna olmayacaq. Mövsümün ilk yarışı olduğu üçün hamı sevinclə ilk Qran Prini gözləyir – bizim yarış həmişə maraqlı insdentlərlə yaddaqalan olur.

Bizim şəhərin, çimərliyin və buxtanın əsrarəngiz gözəlliyini milyonlarla teletamaşaçı görəcək, amma trasa gələn tamaşaçılara biz yeni tribunadan gözəl mənzərələrə baxmağı təklif edəcəyik.”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*