18 Sentyabr 2019, Çərşənbə - 07:11

J.Todt HRT-nin yeni bazasına baş çəkib

J.Todt HRT-nin yeni bazasına baş çəkib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:14 - 05 May, 2012

Bu gün FİA-nın prezidenti Jan Todt və İspaniya Avtoİdman Federasiyasının prezidenti Karlos Qrasia HRT komandasının madriddə yeni bazasına baş çəkiblər… […]

Bu gün FİA-nın prezidenti Jan Todt və İspaniya Avtoİdman Federasiyasının prezidenti Karlos Qrasia HRT komandasının madriddə yeni bazasına baş çəkiblər…

Jan Todt: “İspaniyaya gəlməyimə çox şadam, çünki biz ölkənin kralı I Xuan Karlosa xüsusi mükafat verməyə hazırlaşırıq, həm də mənim və yerli federasiyadan, RACC və RACE klublarından olan dostlarımın HRT komandasının yeni bazasına baş çəkmək imkanımız oldu. Hər şey əladır, burda müasir və funksional infrastruktur qurulub. Görünür ki, hər şey yenidir, amma bir neçə aydan sonra daha yaxşı olacaq. Mən HRT-yə uğurlar arzulayıram.”

Karlos Qrasia, İspaniya federasiyasının prezidenti: “Mən HRT-nin yeni bazasına ikinci dəfə gəlirəm. Birinci səfərim qısa olmuşdu, amma indi yeni infrastruktur mənim daha xoşuma gəldi. Əminəm ki, gələn dəfə hər şey daha yaxşı olacaq, axı komanda gərgin işləyir və irəliləyir. HRT-nin yeni bazası çox gözəldir, bu isə komandanın gələcəyi barəəd xəbər verir.

Komandanın bazasının İspaniyada olması çox vacibdir, bu, komandanın ölkə ilə əlaqəsini möhkəmlədəcək, gənc yerli mexaniklərin, sürücülərin və mühəndislərin peşəkar böyüməsi üçün şərait yaranacaq. Biz başa düşürük ki, Formula1 komandasında ən yaxşı mütəxəssislər çalışmalıdırlar, amma bazanın burda yerləşməsi gələcək inkişafı üçün vacibdir.”

Luis Peres Sala, komandanın başçısı: “Biz Jan Todta bazamıza baş çəkdiyi üçün təşəkkür edirik və onu yeni bazamızda qarşılamağa çox şadıq. Hər şeyi onun öz gözləri ilə görməsi çox vacibdir, çünki trasda hamı ancaq maşınları görür. Hər şey haqqında danışmaq olar ki, maşının arxasında nə gizlənir, amma görülən işi öz gözlərinə görmək, qiymətləndirmək başqa işdir.

Biz Todta cari və gələcək planlarımızdan danışdıq. Komanda inkişaf edir, biz isə yaxşı nəticələr göstərmək üçün əlimizdən gələni edəcəyik. Biz eyni zamanda FİA-nın digər üzvlərinə, Karlos Qrasia və federasiyaya, RACC və RACE klublarına təşəkkür edirik. Mən bu layihədə onların iştirakı ilə fəxr edirəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 277
Teqlər
Paylaş

logo