J.Lopes: “Bizə təcrübəli sürücü lazımdır”

Lotus Renault GP komandasının sahibi Jerar Lopes bu gün Robert Kubitsanın müalicə olunduğu İtaliyanın Santa Corona hospitalına baş çəkib. Bundan […]

Lotus Renault GP komandasının sahibi Jerar Lopes bu gün Robert Kubitsanın müalicə olunduğu İtaliyanın Santa Corona hospitalına baş çəkib. Bundan sonra jurnalistlərlə görüşən Genii fondunun başçısı Robertin əvəzinə komandaya təcrübəli sürücünün lazım olduğunu söyləyib…

Jerar Lopes: “Həkimlərdən aldığım məlumata görə, əməliyyatdan sonra vəziyyət yaxşılaşıb. Vəziyyət biz gözlədiyimizdən pozitivdir, amma bu qəza bizi çox qorxutdu.

Deyə bilərəm ki, Robertə baş çəkdikdən sonra bir az sakitləşmişəm. Amma bu bizim üçün böyük itkidir – bütün planlarımıza yenidən baxmalıyıq. İndi biz bütün səyimizi komandanı dəstəkləməyə yönəltməliyik. Sözsüz ki, komanda çətin anlar yaşayır.

Bütün gücümüzü toplayıb bu anı dəf etməliyik. Biz hələlik bilmirik ki, Robert trasa qayıda biləcəkmi, əgər biləcəksə, bu nə vaxt baş verəcək? Ona görə də çox diqqətli olmaq və onun vəziyyətinin dinamikasını izləmək lazımdır. Amma deməliyəm ki, Robertin çox güclü xarakteri var və o tezliklə trasa qayıtmaq əzmindədir.

Əgər bərpa prosesi uzansa və Kubitsa bu il sükan arxasına qayıda bilməsə, biz başqa bir təcrübəli sürücü tapmalıyıq – məhz ondan bizim mövsümün taleyi asılı olacaq. Əlbəttə, biz testlərin gedişini də izləyəcəyik. Robertsiz proqnoz söyləmək çətindir. Əlbəttə, biz çempionatda qalib gələ biləcək sürücüyə üstünlük verəcəyik.

Heç bir məhdudiyyət yoxdur – bizim siyahıda iki sürücü var. Amma hələlik biz Xeres və Barselona testlərinin nəticələrini gözləməliyik ki, maşının ecə getməsini, sürücülərin necə işləmələrini başa düşək.

Əvvəllər yaxşı çıxış etmiş sürücülər var, məsələn, Nik Haydfeld. Biz hamımız bilirik ki, o peşəkardır, amma biz bilmirik ki, o hansı formadadır, bizim maşının sükanı arxasında nə dərəcədə sürətli olacaq. Eyni sözlər Vitantonio Liutsiyə və çox güman ki, Bruno Sennaya da aiddir.

Nəsə demək çox çətindir, çünki həmişə iş sürücü və maşın kombinasiyasında olur. Biz bilirdik ki, Robertlə cari mövsümdə yüksək nəticə göstərəcəyik, amma onsuz necə olacaq – mən bilmirəm…”

Avropa mətbuatı 2007-ci il dünya çempionu Kimi Rəykkönenin adını çıx hallandırır, amma, birincisi, finlandiyalı sürücü karyerasını rallidə davam etdirir, bu uik-end mövsümün ilk yarışının startına çıxmalıdır, ikincisi, Lotus Renault GP komandasının rəhbərləri hələ bircə dəfə də olsun onun adını çəkməyiblər. Hərçənd, ekspertlər hesab edirlər ki, Rəykkönen belə bir təklifi qəbul edə bilər və komanda onun əsas namizədlər arasında nəzərdən keçirməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*