Fettel: Biz Mercedes-in standartlarına uyğunlaşmalıyıq

Ferrari-nin pilotu Sebastyan Fettel əmindir ki, komandanın son illərdəki inkişafı çempion ambisiyalarının olduğunu göstərir.

F-1.az xatırladır ki, Fettel dünən 2020-ci ildə ilk dəfə protokollara başçılıq edib.

“Mənim 2015-ci ildən bəri komandaya gəlişimdən sonra o, böyük addımlarla irəliləməyə davam edir. Hesab edirəm biz sürətli maşın hazırlamaq iqtidarındayıq. Bu bizim mütəxəssislərin səviyyəsindən danışır. Ötənilki bolidin də öz güclü tərəfləri var idi.

Mercedes olduqca yüksək standartlar müəyyənləşdirib və biz də bu standartlara uyğunlaşmalıyıq. Bu heç də asan deyil, lakin biz əlimizdən gələn hər şeyi edəcəyik. Bunun üçün bizim hər şeyimiz var”, – deyə Fettel qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*