J.Alezi Kubitsaya baş çəkib

Bu gün nahardan sonra keçmiş Formula1 sürücüsü Jan Alezi Santa Corona hospitalına gəlib, Robert Kubitsaya baş çəkən fransalı sürücü yarım […]

Bu gün nahardan sonra keçmiş Formula1 sürücüsü Jan Alezi Santa Corona hospitalına gəlib, Robert Kubitsaya baş çəkən fransalı sürücü yarım saat onunla söhbət edib…

Jan Alezi: “Biz zarafatlaşdıq, Robert mənə dedi ki, reanimasiya şöbəsinin ən gənc xəstəsidir. Baş verənlərdən sonra, məncə, o pis görünmür, əhval ruhiyyəsi də yaxşıdır və mən şadam ki, o artıq barmaqlarını da tərpədir. Həkimlər də nikbindirlər.

Bilirəm ki, Robert gənc və güclüdür, təkcə fiziki cəhətdən deyil, həm də psixoloji cəhətdən. O baaş düşür ki, nə baş verib və onu çətin və uzunmüddətli bərpa dövrü gözləyir, lakin Robert qətiyyətlə idmana qayıtmaq əzmindədir. Mən əminəm ki, o tədricən sağalacaq və tezliklə idmana qayıdacaq.”

Roberti əməliyyat edən həkim İqor Rossello da xəstənin vəziyyətinin yaxşılaşdığını təsdiq edib…

İqor Rossello: “Əməliyyat ideal keçib. Robertin artıq barmaqlarını tərpətməsi yaxşı xəbərdir – axı əməliyyat çətin və uzunmüddətli olmuşdu. Amma bərpa dövrü daha çətin və uzunmüddətli olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*