İtaliya mətbuatı Ferrari-ni yerlə bir edib

Əbu Dabi yarışında liderdən çox geri qalan Ferrari-nin performansı İtaliya mətbuatını narahat edib.

F-1.az xatırladır ki, “qırmızılar” Əbu Dabidə Fettellə 3-cü olsalar da, lider Bottasdan 20 saniyə geri qalıblar.

La Gazzetta dello Sport: “Ferrari üçün məyusedici və sönük final oldu. Suallar var. Fettel-Rəykkönen cütü Həmilton-Bottas cütünü məğlub edə biləcək? Fettelin psixoloji cəhətdən düşməsinin və Rəykkönenin pis performansının səbəbi nədir? Markionne və Arrivabenenin şikayəti nədəndir?”

Corriere dello Sport: “Əbu Dabidə fişənglər partlayanda Maranelloda təhlükə siqnalları çalmağa başladı.

Leo Turrini: “Napoleon iddia edirdi ki, dünyanı 100 gündə dəyişə bilər, amma uğursuz oldu. İndi Arrivabene və Binottonun 2018-ci ilə hazırlaşmaları üçün 111 günləri var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*