İspaniya-2023: Yarışa hava proqnozu

Cümə günü hava quru olub, dünən isə yağış yağıb. Bu gün də nahardan sonra yağıntı ehtimalı var.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, sürücülər isə isinmə dövrəsinə yerli vaxtla 15:00-da yollanacaqlar. Bu zaman termometrlər +22 dərəcəni göstərəcək. Göy üzü dəyişkən buludlu olacaq, mülayim cənub-şərq küləyi əsəcək.

Yarış vaxtı yağıntı ehtimalı 50% olacaq.

Xatırladaq ki, ötən il burada bütün həftəsonu boyunca hava quru olmuşdu.

,