İspaniya-2017: Həftəsonuna ilkin hava proqnozu

Barselonada keçiriləcək mövsümün beşinci yarışı üçün yerli meteoroloqlar tərəfindən ilkin hava proqnozu elan olunub – onlar günəşli hava vəd edirlər.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü havanın bir qədər buludlu olacağı gözlənilir, temperatur +22 dərəcəyə qədər qalxacaq. Yağış ehtimalı 10%-dir. Şənbə günü göyün üzü açıq, yarışın baş tutacağı bazar günü isə dəyişkən buludlu olacaq. Hər iki gündə havanın hərarəti +23 dərəcəni keçməyəcək.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*