23 Oktyabr 2019, Çərşənbə - 17:48

İkiqat diffuzorlar gələn ildən qadağan olunacaq

İkiqat diffuzorlar gələn ildən qadağan olunacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:35 - 24 Yanvar, 2010

Keçən mövsüm Brawn GP komandasının çempionatda qələbəsinin həlledici faktoru olmuş ikiqat diffuzorların dövrü uzun olmadı. Formula1 komandalarının ümumi qərarına əsasən […]

Keçən mövsüm Brawn GP komandasının çempionatda qələbəsinin həlledici faktoru olmuş ikiqat diffuzorların dövrü uzun olmadı. Formula1 komandalarının ümumi qərarına əsasən 2011-ci ildən bu element qadağan olunacaq.

Britaniyanın Autosport saytının verdiyi məlumata görə, bu qərar dünən Formula1-in Texniki işçi qrupunun iclasında müzakirə olunub və yekdilliklə qəbul olunub. Güman edilir ki, çempionatın reqlamenti elə dəyişdiriləcək ki, faktiki olaraq ikiqat diffuzorlar qanundan kənar hesab olunacaq.

Ümumiyyətlə, belə bir qadağanı hələ Formula1-in Komissiyası və Avtoİdman üzrə Ümumdünya Şurası təsdiq etməlidirlər, amma çox güman ki, bu formal xarakter daşıyacaq. Hər halda Texniki işçi Qrupun bütün əvvəlki qərarları problemsiz təsdiq olunub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 325
Teqlər
Paylaş

logo