HRT komandası Mucelloya gəlməyəcək

Mucello testlərinin iştirakçılarının sayı azalıb – bu gün HRT komandası elan edib ki, İtaliyaya gəlməyəck, çünki komandanın yeni bazaya köçməsi […]

Mucello testlərinin iştirakçılarının sayı azalıb – bu gün HRT komandası elan edib ki, İtaliyaya gəlməyəck, çünki komandanın yeni bazaya köçməsi və maşınların İspaniya Qran Prisinə hazırlanması ilə məşğul olacaq.

Luis Peres Sala, komandanın başçısı: “Mövsümün əvvəlində bizim iş qrafikimiz çox gərgin alındı, axı biz maşınla işləməyə Qran Prinin gedişində başlamışdıq. Martda biz Avstraliyaya yollanmışdıq və yalnız indi Madirddəki yeni bazamıza qayıtmışıq.

Yeni bazaya köçmək bizim üçün çox vacibdir, Mucello testlərindən imtina etməklə biz bazada maşınları İspaniya Qran Prisinə hazırlaya bilərik. Bu yarışadək yenilik olmayacaq, ona görə də biz vaxtımızı komandanın daxilində effektiv qarşılıqlı anlaşmaya həsr edəcəyik. Görüləsi işlərimiz çoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*