Hispania yeni maşınını Bəhreyn testlərinə gətirəcək

Hispania komandasının hindistanlı sürücüsü Narain Kartikeyanın sözlərinə görə, komanda yeni maşının testlərinə mövsümöncəsi testlərin son seriyasında başlayacaq. Sonuncu testlər Bəhreyndə […]

Hispania komandasının hindistanlı sürücüsü Narain Kartikeyanın sözlərinə görə, komanda yeni maşının testlərinə mövsümöncəsi testlərin son seriyasında başlayacaq. Sonuncu testlər Bəhreyndə mövsümün rəsmi startından bir həftə əvvəl keçiriləcək…

Narain Kartikeyan: “Biz Valensiyada, Xeresdə, Barselonada və Bəhreyndə keçəcək mövsümöncəsi testlərin bütün seriyalarında iştirak edəcəyik, amma İspaniyadakı testlərdə biz maşının keçid versiyasından istifadə edəcəyik. Yeni maşını isə Bəhreynə qədər hazırlamalıyıq, yeni şassinin konstruksiyasında əsas dəyişikliklər Williams-dan aldığımız ötürmələr qutusu və hidravlik sistem olacaq. Yəni Cosworth motorunun ətrafında qurduğumuz şassinin ümumi görünüşü Williams-da olduğu kimi olacaq.”

Kartikeyan bildirib ki, onun gələcək komanda yoldaşının adı gələn həftə açıqlanacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*