15 Dekabr 2018, Şənbə - 15:32

K.Rəykkönen dözümlülük probleminə görə narahatdır

K.Rəykkönen dözümlülük probleminə görə narahatdır

Müəllif: Rauf Hacıyev, redaktor

19:11 - 08 Aprel, 2016

Ferrari komandası bu mövsüm hər iki yarışda da mühərrik probleminə görə yarışı vaxtından əvvəl dayandırıb. Kimi Rəykkönen bu vəziyyətə görə narahatdır və bildirib ki, komanda bu problemin üzərində işləməlidir.

F-1.az xatırladır ki, Ferrari bu mövsümə çempionluq ümidləri ilə başlasa da, Kimi Rəykkönen Avstraliyada turbin, Sebastyan Fettel isə Bəhreyndə klapan probleminə görə yarışı vaxtından əvvəl dayandırıblar.

Kimi Rəykkönen: “Biz düz yoldayıq, amma bir bolidlə yarışı bitirmək heç də yaxşı hal deyil. Bu idmanda limitləri sonuna qədər istifadə etmək lazımdır. Bəzən işləriniz düz gətirməyə bilər. Biz belə halların yaşanmasını istəmirik, amma bu da yarışların bir hissəsidir.

Bolidimiz çox güclüdür və biz bunu bilirik. Ancaq bəzi sahələrdə inkişaf etməliyik.

Siz heç vaxt yarışı vaxtından əvvəl bitirmək istəməzsiniz, çünki bu həm sürücülər, həm də komandalar çempionatında xal itkisi deməkdir. Heyif ki, bu, oyunun ən pis tərəfidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 372
Teqlər , ,
Paylaş

logo