Hindistan 2011-ci ildə Qran Pri qəbul etməyə hazırlaşır

Hindistan mərhələsinin debütü təvimdə 2010-cu ilə nəzərdə tutulmuşdu, amma keçən ilin payızında Berni Ekklstoun elan etdi ki, yarış 2011-ci ildə […]

Hindistan mərhələsinin debütü təvimdə 2010-cu ilə nəzərdə tutulmuşdu, amma keçən ilin payızında Berni Ekklstoun elan etdi ki, yarış 2011-ci ildə keçiriləcək. Trasını tikintisi işləri hələlik başlamayıb, amma Ekklstounla müqavilə bağlamış JPSK şirkətinin baş meneceri Samir Qaur jurnalistlərə bildirib ki, hər şey öz vaxtında hazır olacaq. Nyu Dehli yaxınlığındakı yarış trasından başqa kompleksə bir çox idman qurğuları da daxil olacaq – Hindistanda məşhur olan kriket stadionu, qolf meydaçası, hokkey stadionu və uşaq idman akademiyası…

Samir Qaur: “İşlər qrafik üzrə gedir, mən tam əminəm ki, biz işləri vaxtında qurtaracayıq. Hazırda layihə mərhələsi başa çatmaqdadır, biz ayrılmış torpaq sahəsinin öyrənilməsinə başlamışıq – 2011-ci ildə tras və infrastruktur tam hazır olacaq. Gecə yarışı? Hələlik belə planlarımız yoxdur, ilk debüt yarışın keçməsinə baxmaq lazımdır, sonra isə mümkün variantları müzakirə edərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*