Mission Winnow qayıdıb

Ferrari komandası heç kimin gözləmədiyi halda Mission Winnow-u tərəfdaşlar siyahısına əlavə edib.

F-1.az xatırladır ki, tərəflər keçən ilin sonunda yollarını ayırmışdılar. Philip Morris şirkəti tütün məhsullarının reklamının Avropada yasaqlanmasına görə 2019-cu ildə Mission Winnow-u komandaya cəlb etmişdi. Lakin bu reklam da tütün şirkətini təmsil etdiyi üçün yasaqlanmış və Philip Morris şirkətinin bu taktikası da baş tutmamışdı. Buna görə də tərəflər yolları ayırmağa qərar vermişdilər.

Lakin Ferrari-nin tərəfdaşlar siyahısında yenidən Mission Winnow-un loqotipi əlavə olunub. Tərəflər bu barədə açıqlama verməyiblər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*