Santa Corona hospitalının həkimləri Robert Kubitsanı intensiv terapiya şöbəsindən bərpa şöbəsinə keçiriblər – polşalı sürücüyə fizioterapiya kursları və bərpa prosedurları təyin olunub. Hospitalın mətbuat xidməti məlumat yayıb…
Məlumatda deyilir: “Hazırda Robert Kubitsanın vəziyyətini biz qənaətbəxş hesab edirik. Çox güman ki, əlavə cərrahiyə müdaxiləsinə ehtiyac olmayacaq.”