Günter Ştayner Formula1-ə qayıtmağa hazırdır

Haas komandasının keçmiş rəhbəri Günter Ştayner maraqlı təklif alacağı təqdirdə Formula1-ə qayıtmağa hazırdır…

Günter Ştayner: “Mən Formula1-ə qayıtmağa hazıram, əgər xoşuma gələn bir layihə tapsam.

İşin özü məni elə də maraqlandırmır. Son 10, 15, hətta 20 ildə bu, həmişə layihələr olub. Mən bununla iş xatirinə məşğul olmamışam. Sadəcə işi görmək o qədər də maraqlı deyil, bunda heç bir həyəcan yoxdur. Bu, mənim üçün yeni çağırış olacaq bir şey olmalıdır.

Layihə o deməkdir ki, sən prosesin içindəsən, nə ilə məşğul olacağını özün müəyyənləşdirirsən, sadəcə işə gedib-gəlmirsən. Vəzifə mənim üçün qətiyyən önəmli deyil. Mən xoşuma gələn işi görməyi sevirəm. Bu, Haas-dan sonra televiziyaya gəldiyim vaxtdakı kimi idi. Bunun necə işlədiyini bilmirdim, amma təklif aldım və sınamağa qərar verdim. Devid Kulthard kimi yaxşı aparıcı olmaq istədim. Düzdür, hələ buna nail ola bilməmişəm.

Formula1 komandası yaradanda mənə deyirdilər: “Səndə heç vaxt alınmayacaq. Heç kim yeni komanda yarada bilməz”. Amma mən bacardım. Formula1 komandası yaratmaq televiziyada Devid kimi olmaqdan daha asan idi”.