GPDA-də yerdəyişmələr?

Bu barədə rəsmi məlumat hələ yoxdur, amma məlumatlı mənbələr əmin edirlər ki, Malayziya Qran Prisi günlərində sürücülərin həmkarlar ittifaqının (GPDA) […]

Bu barədə rəsmi məlumat hələ yoxdur, amma məlumatlı mənbələr əmin edirlər ki, Malayziya Qran Prisi günlərində sürücülərin həmkarlar ittifaqının (GPDA) iclası keçirilib, iclasda təşkilata yeni rəhbərlik seçilib, Mixael Şumaher isə yenidən təşkilata üzv olub.

Keçən il GPDA-in fəaliyyətinə tam rəhbərliyi Pedro de la Rosa həyata keçirirdi, ona həmsədrlər – Mark Uebber və Fernando Alonso kömək edirdilər. Bu il Pedro Sauber komandası ilə müqavilə bağladığı üçün vəzifəsindən istefa verib, indi onu Nik Haydfeld əvəz edəcək – alman sürücü Mercedes GP-nın test və ehtiyat sürücüsü olmaqla mövsümün bütün Qran Prilərinə səfər edəcək.

Nikə bu çətin və məsuliyyətli işində yeni həmsədrlər – Sebastyan Fettel və Felipe Massa kömək edəcəklər.

Bundan başqa təşkilata Mixael Şumaher qayıdıb – əvvəllər yeddiqat dünya çempionu Pedro de la Rosanın rəhbərliyindən narazı idi: Pedro alman sürücünün Monako Qran Prisinin sıralanma turundakı hərəkətləri barədə kəskin çıxışlar etmişdi, amma GPDA-də rəhbərlik dəyişdikdən sonra Şumaher öz üzvlüyünü bərpa etməyi qərara alıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*