Gələn mövsümün təqvimi təsdiq olunub

Bu gün səhər keçirilmiş FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında gələn mövsümün təqviminin son versiyası təsdiq olunub. Dəyişiklik olmayıb – […]

Bu gün səhər keçirilmiş FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında gələn mövsümün təqviminin son versiyası təsdiq olunub.

Dəyişiklik olmayıb – təqvim əvvəlki kimi 20 Qran Pridən ibarətdir, Bəhreyn və Ostin yarışları təqvimə daxil edilib. Mövsüm martın 18-də Melburnda start alacaq və noyabrın 25-də San Pauluda başa çatacaq.

Bəhreyndə siyasi vəziyyətlə və Ostində avtodromun hazırlığı ilə əlaqədar olaraq bu yarışların təqvimə daxil edilməsi şübhə doğururdu, amma formal şərtlər yerinə yetirildiyi üçün mərhələlər təqvimə daxil edilib.

2012-ci il mövsümünün təqvimi:
1. Avstraliya Qran Prisi – 18 mart
2. Malayziya Qran Prisi – 25 mart
3. Çin Qran Prisi – 15 aprel
4. Bəhreyn Qran Prisi – 22 aprel
5. İspaniya Qran Prisi – 13 may
6. Monako Qran Prisi – 27 may
7. Kanada Qran Prisi – 10 iyun
8. Avropa Qran Prisi – 24 iyun
9. B.Britaniya Qran Prisi – 8 iyul
10. Almaniya Qran Prisi – 22 iyul
11. Macarıstan Qran Prisi – 29 iyul
12. Belçika Qran Prisi – 2 sentyabr
13. İtaliya Qran Prisi – 9 sentyabr
14. Sinqapur Qran Prisi – 23 sentyabr
15. Yaponiya Qran Prisi – 7 oktyabr
16. Koreya Qran Prisi – 14 oktyabr
17. Hindistan Qran Prisi – 28 oktyabr
18. Abu Dabi Qran Prisi – 4 noyabr
19. ABŞ Qran Prisi – 18 noyabr
20. Braziliya Qran Prisi – 25 noyabr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*