Gələn il iki Amerika komandası debüt edəcək?

Qışda biz gələn ildən Formula1-də Amerikanın USF1 komandasının debüt edəcəyindən çox yazmışdıq, amma deyəsən, gələn il biz Amerikanın bir deyil, […]

Qışda biz gələn ildən Formula1-də Amerikanın USF1 komandasının debüt edəcəyindən çox yazmışdıq, amma deyəsən, gələn il biz Amerikanın bir deyil, birdəb birə iki komandasını görəcəyik – Barselonada bu barədə Berni Ekklstoun xəbər verib..

Berni Ekklstoun: “İki Amerika komandasının çempionata gəlmək marağı var, belə dəyişikliklər həmişə xoşdur, yeni simalar, yeni qaliblər. Brawn GP və Red Bull-un uğurları çempionat üçün yeni nəfəsdir, bəlkə də bir neçə ildən sonra biz belə bir həyəcanla Amerika komandalarının qələbələrindən danışacayıq.

Büdcənin məhdudlaşdırılması optimal qərardır, biz komandaları öz axmaqlıqlarından xilas etmək istəyirik, məsrəfləri azaltmağa çalışırıq. Onlar sürücülərə nə qədər istəyirlərsə maaş verə bilərlər, onlar böyük motorhoumlar qura bilərlər, amma rəqabətədavamlı maşın ucuz başa gəlməlidir. Bu idman üçün də yaxşıdır, komandalar üçün də.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*