F.Briatore Formula1-ə qayıtmağa hazırlaşmır

Renault komandasının keçmiş başçısı Flavio Briatore əmindir ki, heç vaxt Formula1-ə qayıtmayacaq. Keçən il o, yarışın nəticəsinə dəyişməsi ilə əlaqədar […]

Renault komandasının keçmiş başçısı Flavio Briatore əmindir ki, heç vaxt Formula1-ə qayıtmayacaq. Keçən il o, yarışın nəticəsinə dəyişməsi ilə əlaqədar yaranmış qalmaqaldan sonra vəzifəsini tərk etməli olmuşdu. Düzdür, bundan sonra Flavio onu ömürlük avtoidmandan uzaqlaşdıran FİA-ya qarşı məhkəmədə qalib gəlib, amma özünün dediyinə görə, bir daha paddoka qayıtmaq fikri yoxdur…

Flavio Briatore: “Mən bunu tam istisna edirəm. Yarışlara televizorda baxacam, mən əvvəlki kimi Formula1-i çox sevirəm, ona görə də 2006-cı ildə Alonso ikinci titulu qazandıqdan sonra idmanı tərk etməli idim.

Mən bu həyatımda hər şeyə çatmışam və indi özümü başqa sahəyə həsr etmək istəyirəm. O vaxt mən 2007-ci ildə də komandadan getmək istəyirdim, amma Alonso geri qayıtdığı üçün komandada qaldım, çünki mən Alonsonun yaxın dostuyam.

Formula1-də mən məşhurluq qazanmışam, çoxlu dostlar tapmışam, ləzzət almışam və heç nədən təəssüflənmirəm…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*