FOTA öz təklifini müdafiə edir

Formula1 komandaları assosiasiyası (FOTA) 2010-cu illərdə xal hesablanması sistemindəki dəyişikliklər barədə FİA ilə danışıqları davam etdirəcək. Çempionatın əvvəlində FOTA yeni […]

Formula1 komandaları assosiasiyası (FOTA) 2010-cu illərdə xal hesablanması sistemindəki dəyişikliklər barədə FİA ilə danışıqları davam etdirəcək. Çempionatın əvvəlində FOTA yeni xal hesablanması sxemini (12-9-7-5-4-3-2-1) FİA-ya təklif edib, bu sxemdə çempionun müəyyən edilməsi qaydaları dəyişməsə də, yarışda qələbə qazanmaq uğrunda mübarizənin gərginləşməsi aşkar qörünürdü. FOTA-nın fikrincə, bu sxem hər bir yarışda qələbə qazanmaq uğrunda mübarizəni kəskinləşdirə bilərdi, amma federasiyanın Ümumdünya Şurası bu təklifi rədd edib və Berni Ekklstounun “Qalib hər şey alır” təklifini qəbul edib, bu təklif Formula1 çempionunu toplanmış xallara görə təyin etmənin tarixi prinsipinə son qoyur.

Komandalar bu təkliflə razılaşmayıblar, 2009-cu ildə xalların hesablanması sistemi və çempionun müəyyən edilməsi qaydaları dəyişməyib, amma FİA və FOM isə Bernin təklifinin gələn ildən tətbiq olunmasına təkid edirlər. FOTA öz təlifini müdafiə edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*