FOTA Bəhreyn yarışının oktyabrın 30-da keçirilməsinin əleyhinədir

FOTA-nın üzvləri FİA-nın Ümumdünya Şurasının Bəhreyn Qran Prisini təqvimə qaytarmaq barədə qərarından sonra ilk iclaslarını keçiriblər. İclasın yekununda çempionat rəhbərliyinə […]

FOTA-nın üzvləri FİA-nın Ümumdünya Şurasının Bəhreyn Qran Prisini təqvimə qaytarmaq barədə qərarından sonra ilk iclaslarını keçiriblər. İclasın yekununda çempionat rəhbərliyinə məktub imzalanıb – Autosport məktubda komandaların oktyabrın 30-da Saxir trasında yarışmaq istəmədiklərinin bildirildiyini xəbər verib.

Hələlik heç bir rəsmi bəyanat yayılmayıb, amma güman edilir ki, FOTA məktubu FİA-ya, FOM-a və Bəhreyn Qran Prisinin təşkilatçılarına yollayıb. Məktubun mətnində aşkar deyilir ki, komandalar oktyabrın sonunda Bəhreyndə deyil, Hindistanda çıxış etmək istyirlər.

Amma FOTA Bəhreyn yarışının təqvimə qaytarılmasının əleyhinə deyil – əsas odur ki, başqa yarışların tarixi dəyişdirilməsin. Söhbət yalnız logistika problemlərindən getmir, FOTA çempionat iştirakçılarının yekdil razılığı olmadan təqvimin dəyişdirilməsinin əleyhinədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*