Peugeot Lə Manda qalib gəlib

Fransanın Peugeot konserni Audi-nin beşillik hegemonluğuna son qoyub. Dəvid Brəbhəmin, Mark Jenenin və Aleks Vürsün ekipajı Peugeot maşınının sükanı arxasında […]

Fransanın Peugeot konserni Audi-nin beşillik hegemonluğuna son qoyub. Dəvid Brəbhəmin, Mark Jenenin və Aleks Vürsün ekipajı Peugeot maşınının sükanı arxasında Lə Manda əfsanəvi 24 saatlıq marafonda qalib gəlib. Bu şəxsi hesabda Vürsün Lə Manda ikinci qələbəsidir, amam Jene və Brəbhəm üçün birincidir…

Mark Jene: “Lə Manda qələbə qazanamq istənilən sürücünün arzusudur. Mən keçən il burda ikinci olmuşdum və bu gün arzumu reallaşdıra bildim.”

İkinci yeri də Peugeot ekipajı tutub – Sebastyen Burde, Frank Montanyi və Stefan Sarrazan. Audi isə bu dəfə yalnız üçüncü olub – Ronaldo Kapello, Tom Kristensen və Alan Makniş finişdə liderlərə yeddi dövrə uduzublar.

Bir sutaklıq yarışın finişinə starta çıxmış 55 maşından yalnız 34-ü çata bilib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*