Formula2 H.Sörtizin xatirəsini yad edib

Bu gün səhər Doninqton Parkda Formula2 çempionatının iştirakçıları iyulun 19-da Brənds Hətçdə yarış zamanı insident zamanı dünyasını dəyişmiş 19 yaşlı […]

Bu gün səhər Doninqton Parkda Formula2 çempionatının iştirakçıları iyulun 19-da Brənds Hətçdə yarış zamanı insident zamanı dünyasını dəyişmiş 19 yaşlı Henri Sörtizin xatirəsini yad ediblər. Doninqtonda start xəttinə Sörtizin maşınını çıxarıblar və Formula1-nin bütün sürücüləri, mexanikləri, mühəndisləri və bütün yerdə qalan personalı Henrinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər…

İsveçli Sebastyan Hoental Autosport-a müsahibəsində deyib: “Biz yenidən starta çıxırıq, amma birinci dəfədir ki, Henri bizimlə deyil – hamı üçün bu qəribə və kədərlidir.

Bəzən sən bu və ya digər sürücünün ölüm xəbərini qəzetdən oxuyursan, amma bu səni elə də çox narahat etmir, çünki hardasa uzaqlarda baş verib. Amma bu yaxından tanıdığın adamla baş verəndə, həm də sənin özünün iştirak etdiyi yarışda baş verəndə, qəribə hisslər keçirirsən. Mən hələ belə olmamışdım.

Bu gün Formula2 diqqət mərkəzindədir, bu gün hamı Henrinin xatırlayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*