13 Noyabr 2019, Çərşənbə - 11:38

Force İndia-nın yeni mövsüm hədəfləri

Force İndia-nın yeni mövsüm hədəfləri

Müəllif: Rauf Hacıyev, redaktor

12:24 - 27 Fevral, 2017

Force İndia komandasından Otmar Safnauer bildirib ki, yeni qaydalardan sonra müəmmalar çoxdur və komandaların bunlara necə reaksiya verəcəkləri ona maraqlıdır.

F-1.az xatırladır ki, yeni mövsümdən etibarən daha enli təkərlər hesabına bolidlərin asfaltayatma qüvvəsi çoxalacaq. Bununla da, bəzi döngələrin sürəti artacaq və dövrə zamanları 5 saniyə yaxşılaşacaq.

Otmar Safnauer: “Formula1-də bu cür dəyişikliklər olanda sürprizlər ortaya çıxır. Sözün açığı, 2017-ci ildə də bu cür hallarla rastlaşa bilərik. Yeni qaydalardan sonra yarışların daha maraqlı olub-olmayacağını deyə bilmərəm. Vaxt keçdikcə, bunu görəcəyik. Bolidlər sürətli olacaq, amma bunu döngələrdə hiss edəcəyik, düzlüklərdə yox.

Komanda olaraq yeni mövsümdə bəzi hədəflərimiz var. Son illərdə davamlı formada inkişaf etmişik və 2016-cı ildə mühəndislər çempionatında 4-cü olduq. Bu mövsüm bu nəticəni yaxşılaşdırmaq çətin olacaq. Bunu bilirik, amma ən azı geriyə düşməməyə çalışacayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 449
Teqlər ,
Paylaş

logo