O.Safnauer: Pyer Oskardan sürətlidir

Alpine komandasının rəhbəri Otmar Safnauer bildirib ki, Pyer Qasli gənc Oskar Piastridən üstün sürücüdür.

F-1.az xatırladır ki, Alpine komandasının yetirməsi olan Piastri yayda gözlənilmədən McLaren-ə keçmişdi. Bu da fransızları pis vəziyyətdə qoymuş və onlar min-bir əziyyətdən sonra Pyer Qaslini transfer etmişdilər.

Otmar Safnauer: “Oskarın bizimlə müqaviləsi var idi, amma məhkəmə onu haqlı çıxardı. Biz də yeni qərarlar almalı idik. Həyat belədir. İki tərəf fərqli düşünürsə, ən doğru qərarı verən orqanlarınız var.

Görək gələnmil nə edirik. Hazırda Okon və Qasli cütünə sahibik. Məhkəməni qazanacağımız halda pilot heyətimiz bundan zəif olacaqdı. Pyer daha təcrübəlidir və gəncdir. Məncə, sürətlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*