FOM Bəhreyn Qran Prisinin təşkilatçılarından pul almayacaq

Bəhreyn Qran Prisinin təxirə salınması üzündən Formula One Management (FOM) 40 milyon dollar ziyana düşüb – bu barədə Berni Ekklstoun […]

Bəhreyn Qran Prisinin təxirə salınması üzündən Formula One Management (FOM) 40 milyon dollar ziyana düşüb – bu barədə Berni Ekklstoun Londonda nəşr olunan The Daily Telegraph qəzetinə bildirib.

Yarış təxirə salındıqdan sonra mətbuatda şayiələr yayılmışdı ki, Berni təşkilatçılardan yarış keçirilməsi hüququ üçün nəzərdə tutulan məbləğin ödənilməsini tələb edib – Formula1-in kommersiya başçısı bu şayiələri təkzib edib. Baxmayaraq kİ, FOM-un müqavilələri tam məxvi xarakter daşıyır, Ekklstoun hesab edir ki, qəzetlər ağlasığmaz məlumatlar yazırlar, ona görə də susa bilməyib…

Berni Ekklstoun: “Bilirsiniz ki, hər bir yarışın keçirilməsi üçün bizə haqq ödənilir, amma bu dəfə biz yarış təşkilatçıalrından bu məbləği almayacayıq. Mən təşkilatçılara hesab göndərməmişəm – axı bu yarış baş tutmayıb. Əmin deyiləm ki, onların maliyyə itkisi, bilet satışı və s. hallar üzrə sığortaları olsun. Amma mən həmişə əsas fors-major səbəblərinə həmişə siyasi iğtişaşları göstərirdim. Bu, zəlzələ kimidir – hələ bir ay əvvəl heç kim bunu təsəvvür edə bilməzdi.

Heç bir idman növü belə hadisələrdən sığortalanmayıb, ona görə də Bəhreyn bizə heç nə ödəməyəcək. Əgər mövsümün sonuna qədər yarışı başqa vaxtda keçirə bilsək, onda təşkilatçılar standart məbləği ödəyəcəklər. Düzdür, mətbuatda hallanan 40 milyon dollar həqiqi məbləğə yaxındır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*