F.Massa Şanxay avtosalonunda Ferrari FF-i təqdim edib

Komandalar və sürücülər Şanxayı hələ bazar günü axşam tərk ediblər, Felipe Massa isə Şanxay avtosalonunda iştirak etmək üçün Çində ləngiyib […]

Komandalar və sürücülər Şanxayı hələ bazar günü axşam tərk ediblər, Felipe Massa isə Şanxay avtosalonunda iştirak etmək üçün Çində ləngiyib – braziliyalı sürücü yeni Ferrari FF yol maşınını yerli bazara təqdim edib.

Felipe Massa: “FF – idman və rahatlığın təcəssümüdür, ailə üçün ideal maşındır. Mən Maranelloda onun sükanı arxasında oturmuşdum və maşında olan yüksək texnologiyalardan və tam dartının effektliyindən həzz almışdım.”