18 İyun 2019, Çərşənbə axşamı - 21:48

F.Massa Rubensə təşəkkür edib

F.Massa Rubensə təşəkkür edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:45 - 25 Avqust, 2009

Valensiyada Rubens Barrikello üzərinə “Felipe, tezliklə trasda görüşərik” cümləsi yazılmış şlemdə çıxış edirdi. Jurnalitslər bu yazını hələ cümə günü görümüşdülər, […]

Valensiyada Rubens Barrikello üzərinə “Felipe, tezliklə trasda görüşərik” cümləsi yazılmış şlemdə çıxış edirdi. Jurnalitslər bu yazını hələ cümə günü görümüşdülər, amma bazar günü beşillik fasilədən sonra yarışda qələbə qazandıqdan sonra Rubens bir daha şlemini telekameralara göstərib, qələbəsini isə qəzadan sonra bərpa olunan həmyerlisinə həsr edib. Yarışın gedişini evdən izləyən Massa Rubensə dəstəyinə görə təşəkkür edib…

Felipe Massa: “Rubensə zəng etməyimin birinci cəhdi uğursuz oldu, o yarışdan sonra Brawn GP-nin brifinqində idi, amma sonra biz söhbət edə bildik və mən onu fantastik qələbə münasibətilə təbrik etdim. Əlbəttə, mən ona dəstəyinə görə, uik-end boyu mənim ünvanıma dediyi sözlərə görə təşəkkür etdim. Mən onun şlemindəki yazını görəndə emosiya axını hiss etdim.”

Felipe yarışı Braziliyanın Globo telekanalında izləyib, amma paralel olaraq noutbukda tayminqə də baxırmış…

Felipe Massa: “Sonuncu dəfə mən yarışa televizorda 2003-cü ilin son yarışı – Yaponiya Qran Prisində baxmışdım, o zaman mən Ferrari-nin test sürücüsü olduğum üçün həmin yarışa getməmişdim. Həmin yarışda da Rubens qalib gəlmişdi. Valensiyada da o braziliyalı sürücülərin ənənələrini davam etdirdi, unutmayın ki, keçən il mən Valensiyada het-trik etmişdim – pouldan start almışdım, sürətli dövrəyə imza atmışdım və qələbə qazanmışdım.

Rubens işinin öhdəsindən əla gəldi – mən tayminqə də baxırdım, onun dövrələrini görürdüm – o Lyuisin pit-stopda problemi olmasa belə qalib gələcəkdi. Yarışın ikinci hissəsində o inanılmaz dərəcədə sürətli idi və səhvə yol vermədi.”

Bu həfənin cümə günü Felipe ABŞ-a yollanacaq, CART seriyasının keçmiş tibb direktoru Stiv Olvey hazırda Mayamidə Jackson Memorial Hospital-ında neyrocərrahiyə şöbəsinə başçılıq edir, Felipe onunla məsləhətləşəcək…

Felipe Massa: “Mən özümlə sonuncu kompyuter tomoqrafiyasının nəticələrini götürəcəm, bəlkə Mayamidə məni növbəti tibbi testlər gözləyir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 191
Teqlər
Paylaş

logo