15 Oktyabr 2019, Çərşənbə axşamı - 18:48

F.Massa: “Pike məni tituldan mərhum etdi”

F.Massa: “Pike məni tituldan mərhum etdi”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:01 - 03 Oktyabr, 2009

Braziliyanın Globo telekanalına müsahibəsində Felipe Massa bildirib ki, keçənilki Sinqapur yarışındakı insident onu tituldan mərhum edib – Nelsinyo Pikenin komanda […]

Braziliyanın Globo telekanalına müsahibəsində Felipe Massa bildirib ki, keçənilki Sinqapur yarışındakı insident onu tituldan mərhum edib – Nelsinyo Pikenin komanda yoldaşı Fernando Alonsonun üstünlük qazanması üçün qəsdən qəza törətməsi həmin ana qədər yarışda liderlik edən Felipe Massanın yarışının üstündən xətt çəkmişdi. Braziliyalı sürücü hesab edir ki, mübahisəli yarışın nəticələrini ləğv etmək lazımdır…

Felipe Massa: “Günahkarlar cərimə olunublar, amma yarışın nəticələri əvvəlki kimi qalıb və bu düzgün deyil. Bu insident çempionatın taleyini həll etdi və mən titulu uduzdum. Əgər futbolda hakimə rüşvət versələr mübahisəli oyunların nəticələri ləğv olunur, İtaliyada Yuventus komandasını cərimə etmişdilər, Formula1-də isə yalnız Briatoreni işdən azad etdilər, mən hesab edirəm ki, bu düzgün deyil.

Sürücüsünə maşını divara çırpmağı təklif edən komandanın hərəkətlərinə ad tapa bilmirəm. Nelsinyo bilirdi ki, onu komandadan qovacaqlar, o bu söhbəti dərhal yarışdan sonra açmalı idi, komandadan qovulandan sonra yox. O Formula1-də öz həyatını çətinləşdirdi. Əgər hər hansı bir komanda onu işə dəvət etsə, müqavilə bağlamazdan əvvəl min dəfə düşünəcək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 249
Teqlər
Paylaş

logo