K.Sayns: “Elə bil evdə televizora baxırdım”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns cümə günü pis hava şəraitinə görə trasa çıxa bilməmələrini evdə oturub televizordan izləməyə bənzədib.

F-1.az xatırladır ki, cümə günü keçirilən sərbəst yürüşlərdə sürücülər cəmi 15 dəqiqə trasda ola biliblər. Karlos Sayns bu vəziyyətə görə narahat olsa da, helikopterin havaya qalxa bilməməsinə görə ikinci sərbəst yürüşlərin keçirilməməsinin doğru qərar olduğunu bildirib: “Birinci sərbəst yürüşlərdə trasa çıxdıq və boliddə hər şeyin qaydasında olduğuna əmin olduq. Ən azından buna görə sevinirəm. Amma heyif ki, ikinci sərbəst yürüşlərdə hava şəraiti daha da pisləşdi və dumana görə trasa çıxa bilmədik. Saat yarım bolidimdə oturub televizora baxırmış kimi qaldım. Amma kokpitdə rahat idim. Sabahkı sərbəst yürüşlər çox dəyərli olacaqlar. Orada bu gün itirdiyimiz vaxtı kompensə etməyə çalışacağıq. Bütün komandaların öyrənməli olduqları çox şeylər var və buna görə də sessiya gərgin keçəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*