K.Sayns: Özümü təkmilləşdirməliyəm

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, mövsümün ilk yarısında özünü təkmilləşdirməlidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü əsasən mövsümün ilk yarılarında zəif görünür, amma fasilədən sonra həmişə sürətlənir.

Karlos Sayns: “Mövsümün ilk hissəsində özümü təkmilləşdirməliyəm. Hədəfim budur. Uğurlu olmaq üçün özünüzə hədəflər qoymalısınız”.

,