F.Massa bir gündə üç Ferrari sürüb

Beş gün əvvəl Felipe Massanın otuz yaşı tamam olub, dünən isə braziliyalı sürücü simulyatırda işləmək və rəsmi tədbirlərdə iştirak etmək […]

Beş gün əvvəl Felipe Massanın otuz yaşı tamam olub, dünən isə braziliyalı sürücü simulyatırda işləmək və rəsmi tədbirlərdə iştirak etmək üçün Ferrari-nin Maranellodakı bazasına gəlib.

Dünən Skuderiyanın Fyoranodakı test trasında Felipe üç Ferrarinin sükanı arxasında işləyib – 458 İtalia, 458 Challenge yol maşınları və 150º İtalia Formula1 maşını: şirkət reklam çəkilişini reallaşdırıb və rəsmi nümayəndələri – Hindistanın İtaliyadakı səfirini, konsulunu ailələri ilə birlikdə və Tata Consulting Service-ın nümayəndələrini qəbul edib.

Felipe Massa: “Çox maraqlı oldu – əvvəllər heç vaxt bir gün ərzində üç müxtəlif Ferrari maşınını sürməmişdim. Simulyatorda bir neçə saat işlədikdən sonra trasa qayıtmaq çox xoş idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*