F.Massa 6 saat simulyatorda işləyib

Ferrari-nin mətbuat xidməti Felipe Massən ilk iş gününə həsr olunmuş mətbuat relizi yayıb – bu gün braziliyalı sürücü A1GP seriyasının […]

Ferrari-nin mətbuat xidməti Felipe Massən ilk iş gününə həsr olunmuş mətbuat relizi yayıb – bu gün braziliyalı sürücü A1GP seriyasının maşın-simulyatorunun sükanı arxasında 6 saat işləyib, qeyd edək seriyanın maşınlarını Skuderiya hazırlayır…

Relizdə deyilir: “Maranello, 6 oktyabr 2009-cu il. Dünən Felipe Massa İtaliyaya gəlib və Budapeştdəki qəzasından sonra bərpa proqramını davam etdirib. Braziliyanın Granja Viana kartodromunda bir neçə günlük məşqlərdən sonra o daha bir addım irəliləyib – bu gün o simulyatorda işləyib.

Felipe Massa: “Biz problemsiz işlədik. Trenajorda А1GP maşını quraşdırılıb, maşın Formula1 maşınını xatırlatmasa da, ona çox yaxındır. Biz virtual Barselona trasını seçdik ki, işimiz real testlərə daha çox oxşasın.”

Daha sonra Felipe Maranelloya qayıdıb, gimnastika ilə məşğul olub, sonra isə kompyuter arxasında çoxsaylı azarkeşlərin suallarını cavablandırıb…

…Sabah Felipe hazırlıq proqramını davam etdirəcək, cümə axşamı azarkeşlərlə çatda oturacaq, sonra komanda onun gələcək proqramını müəyyən edəcək, amma bu həftə braziliyalı sürücü Formula1 maşınının sükanı arxasında oturmayacaq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*