C.Batton: “Hər şey başqa cür ola bilərdi”

Censon Batton bu il üçüncü poulunu qazanıb, sıralanma turundan sonra mətbuat konfransında bildirib ki, sıralanma turunun sonunda onun sadəcə bəxti […]

Censon Batton bu il üçüncü poulunu qazanıb, sıralanma turundan sonra mətbuat konfransında bildirib ki, sıralanma turunun sonunda onun sadəcə bəxti gətirib – britaniyalı sürücü son sürətli dövrəsinə başlayanda sessiyanın bitməsinə cəmi iki saniyə qalmışdı..

Censon Batton: “Hər şey başqa cür ola bilərdi, biz hər şeyi düzgün hesablamışdıq, amma mənim qarşımda Kubitsa peyda oldu və mən elə bildim ki, o da mənim kimi boksdan çıxıb və onu buraxmalı oldum. Radio ilə mənə dedilər ki, finiş xəttini keçmək üçün mənim ehtiyatda cəmi dörd saniyə vaxtım qalıb. Mən isə Roberti bir az qabağa buraxmalı idim ki, son sürətli dövrəni yaxşı keçə bilim, nəticədə finiş xəttini keçəndə sessiyanın bitməsinə iki saniyə qalırdı – bizim bəxtimiz gətirdi.

Bu mənim bütün uik-end ərzində ən yaxşı dövrəm idi, mən çox razıyam və hətta bir qədər təəccüblənmişəm də.

Əmin deyiləm ki, bizim üstünlüyümüz rəqiblərdən böyükdür, amam sözsüz ki, biz inkişaf edirik və işimizi davam etdirməliyik ki, maşının potensialını tam açaq. Komanda razı olmaldıır – biz Rubenslə ilk üçlükdəyik. Mən hələ bilmirəm ki, Fettel hansı dövrədə dayanacaq, amma poul qazanmaq mənə xoşdur – bu yaxşı start mövqeyidir. Amma rəqabət yüksəkdir, xüsusən də Ferrari-nin sürəti məni təəccübləndirir, onlar həm də KERS-dən istifadə edirlər. Baxaq start necə alınacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*