22 Avqust 2019, Cümə axşamı - 19:47

Toro Rosso da mühərriyi işə salıb (video)

Toro Rosso da mühərriyi işə salıb (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:28 - 03 Fevral, 2017

Mövsümün ilk yarışına artıq 50 gün qalır, mövsümöncəsi testlər isə 3 həftədən sonra başlayacaq – ona görə də komandalar mövsümə hazırlıqlarını başa vurmaq üzrədirlər.

F-1.az xatırladır ki, bu günlərdə Mercedes AMG və Williams komandaları yeni mövsüm üçün hazırladıqları maşınlarda mühərriyi işə salmaları barədə hesabat vermişdilər.

Bu gün isə Toro Rosso komandasının mühəndisləri Fayentsada bazada STR12 maşınında yeni Renault motorunu işə salıblar. Komandanın mətbuat xidməti maraqlı video yayıb – səhər bazaya gələn Karlos Sayns heç kimi tapmır, hamı yeni motorun işə salınmasını izləməyə toplaşıbmış…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 501
Teqlər , ,
Paylaş

logo