FİA təkərlərdən istifadə olunması reqlamentini dəqiqləşdirib

Gələn ilin reqlamentində FİA yarışın quru havada keçməsi zamanı iki tərkib təkərlərdən istifadə olunması qaydalarını dəqiqləşdirib… Təkər dəsti o zaman […]

Gələn ilin reqlamentində FİA yarışın quru havada keçməsi zamanı iki tərkib təkərlərdən istifadə olunması qaydalarını dəqiqləşdirib…

Təkər dəsti o zaman istifadə olunmuş hesab edilir ki, maşında quraşdırılmış transponder pit-leyndən çıxış xəttini keçir.

Cümə sərbəst yürüşlərində hər bir sürücü üç təkər dəsti alacaq – iki bərk və bir yumşaq tərkibli, bərk tərkib dəstindən biri ikinci sessiyadan əvvəl, digər iki dəst isə şənbə sərbəst yürüşlərindən əvvəl istehsalçıya qaytarılır. Əgər komanda trasa ehtiyat sürücünü buraxarsa, o, əvəz etdiyi sürücünün təkərlərindən istifadə edəcək.

Əgər yarış dayandırılarsa və onu davam etdirmək imkanı olmazsa, onda yraışda hər iki təkər tərkibindən istifadə etməmiş sürücülərin nəticələrinə 30 saniyə əlavə olunacaq, bununla pit-stop etmiş sürücülərə kompensə veriləcək.

Əgər sürücü yarışı bir təkər tərkibi ilə başa vurarsa, onun nəticəsi protokollardan silinir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*