FİA startyorun dəliyini reqlamentə salacaq

Mövsümün ilk yarışı ərəfəsində xəbər yayılmışdı ki, FİA diffuzor reqlamentini dəqiqləşdirmək istəyir – komandalar maşının arxa hissəsində yerləşən startyorun dəliyindən […]

Mövsümün ilk yarışı ərəfəsində xəbər yayılmışdı ki, FİA diffuzor reqlamentini dəqiqləşdirmək istəyir – komandalar maşının arxa hissəsində yerləşən startyorun dəliyindən diffuzorun kamerası kimi istifadə edirdilər. Bəhreyndə FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq bu sahədə komandaların işlərinə baxıb. Məsələ bundadır ki, bu sahə reqlamentdə əks olunmayıb, reqlamentdə yalnız dəliyin minimal olması yazılıb, indi isə federasiya bu sahə üçün konkret ölçülər təyin edəcək…

Martin Uitmarş: “Çarli uaytinq bütün maşınlara baxdı, amma hələlik bilmirəm nə qərar qəbul edəcək. Komandalar öz aralarında diffuzorun konstruksiyasını müzkairə ediblər, bizim maşında startyorun dəliyi keçən il titul qazanan maşınlarda olduğundan balacadır, eyni zamanda builki top-komandaların maşınlarında olduğundan da.”

Əgər federasiya hər hansı bir qərar qəbul edərsə, ona Avstraliya Qran Prisinin cümə axşamına kimi bütün maşınlar yeni qaydalara uyğun olmalıdırlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*