FİA “sorucu diffuzorları” məhdudlaşdırıb

İspaniya Qran Prisi ərəfəsində FİA-nın texniki xidmətləri komandaları xəbərdar ediblər ki, diffuzorun işində qazburaxma sistemindən istifadəyə ciddi məhdudiyyətlər tətbiq olunacaq. […]

İspaniya Qran Prisi ərəfəsində FİA-nın texniki xidmətləri komandaları xəbərdar ediblər ki, diffuzorun işində qazburaxma sistemindən istifadəyə ciddi məhdudiyyətlər tətbiq olunacaq.

Keçən il əvvəlcə Red Bull mühəndisləri, mövsümün gedişində isə bəzi digər komandalar da qazburaxma sistemindən qaz axınının akseleratorun pedalının basılma dərəcəsindən asılı olmayaraq stabil çıxmasını təmin etmişdilər. Bunun sayəsində yavaş döngələrdə də asfalta yatma qüvvəsini ciddi artırmaq mümkün idi.

Keçən il bu qərar əsasən sıralanm aturunda istifadə olunurdu – motor uzun müddət belə rejimdə işləyə bilmirdi, amma 2011-ci ildə demək olar ki, bütün komandalar “sorucu diffuzorları” maşının konstruksiyasına daxil ediblər. Testlərə qadğa şəraitində məsrəflər çox alındı, ona görə də FİA bu sahədə məhdudiyyətlərə əl atıb – federasiyanın bəyanatında deyilir ki, əylənmə zamanı motor qaz pedalının 10% basılması səviyyəsinə uyğun gələn rejimdə işləməlidir. Hazırkı maşınlarda hətta əyləc pedalı tam basılsa belə, motorun işləmə rejimi qaz pedalının tam basılması səviyyəsinə uyğun gəlir.

Bu məhdudiyyəti pozma halları texniki reqlamentin 3.15 bəndinin pozulması kimi qiymətləndiriləcək – hərəkətli aerodinamik elementlər qadağan olunub, çünki komandalar texniki yollarla maşının aerodinamik xarakteristikasını dəyişirlər.

Qaydaların dəyişməsi qüvvələr nisbətinə ciddi təxir edə bilər, xüsusən də sıralanma turunda – Red Bull-un üstünlüyü məhz effektiv “sorucu diffuzorla” izah olunur. FİA-nın hərəkətlərini təhlil edənlərin çoxu bu tədbiri 2006-cı ilin yayında ketlə demferinin qadağasına oxşadıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*